Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Birinci ledinin 30 min dollarlıq saatının qurbanları


Dmitri və Svetlana Medvedevlər

Dmitri və Svetlana Medvedevlər

Rusiyanın nüfuzlu «Kommersant» qəzetinin redaksiyası ölkə prezidentinin xanımı Svetlana Medvedevadan üzr istəyib. Buna səbəb qəzetin birnci ledinin şəklini çap edərkən diqqəti onun qolundakı bahalı saata yönəltməsidir.

Saat da tərs kimi Reine de Naples-indir, qiyməti də 30 min dollardır.

Qəzetin rəsmi üzrxahlığının mətni belədir: «Redaksiya şəklin redaktəsini razılaşdırmadığına görə üzr istəyir».

Şəklin redaktəsi isə bu olub ki, keçən il noyabrın 27-də «Kommersant»ın əlavəsi «Stil Çası»nın üz qabığında birinci ledinin qara-ağ şəkli veriləndə rənglə onun qolundakı saat qabardılıb.

«Kommersant»ın xüsusi buraxılışı məhz saatlar haqda idi, ona görə redaksiyanı başa düşmək olar. Ancaq Prezident Aparatı şəkli belə başa düşməyib. Prezident Aparatı bir-birinə dəyib.

Rusiya mediası indi yazır ki, o vaxtkı baş redaktor Andrey Vasilyevi Prezident Aparatına çağırıblar. Danlayıblar ki, ətrafda böhran tüğyan etdiyi bir vaxtda birinci ledinin dəbdəbəli həyatına diqqəti cəlb etmək siyasi səhvdir.

Polit.ru saytı yazır ki, versiyalardan birinə görə, Vasilyevi baş redaktorluqdan məhz o saat şəklinə görə çıxarıblar.

Camaat da baş sındırırdı ki, Vasilyevi niyə çıxartdılar?

«Kommersant» qəzetinin hazırkı baş redaktoru Azər Mürsəliyevdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG