Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03

Elçin Behbudov Mirzə Sakitlə görüşüb


Fevralın 27-də İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyinin Böyük Şorda yerləşən müalicə müəssisəsində saxlanılan ömürlük məhbuslar - keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölüyünün komandiri Elçin Əmiraslanov və Ramil Bədəlovla görüşüb.

Komitə sədrinin sözlərinə görə, Əmiraslanov fevralın 21-də «epilepsiya» diaqnozu ilə müalicə müəssisəsinə yerləşdirilib. Hər iki məhbus artıq 10 ildir həbsdə olduqlarını nəzərə alaraq, ömürlük həbs cəzalarının dəyişdirilməsini xahiş ediblər.

Daha sonra hüquq müdafiəçisi 10 saylı cəzaçəkmə müəssisəsində «Azadlıq» qəzetinin həbs olumuş jurnalisti, satirik yazar Mirzə Sakitlə görüşüb. Elçin Behbudovun sözlərinə görə, jurnalist saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayət etməsə də, səhhətindəki bəzi problemlərin onu narahat etdiyini deyib.

Behbudov həmçinin siyasi məhbus kimi tanınmış Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İmişli rayon şurasının üzvü Musa Rahim Manafoğlu ilə görüşüb. Sonuncu da səhhətində yaranan problemlərdən şikayət edib.

/Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG