Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:51

Həmsədrlər rəsmilərlə görüşürlər


ATƏT-in Mİnsk qrupu həmsədrləri Bakıda jurnalistlərə açıqlama verməyiblər. Xarici İşlər Nazirliyində təxminən 1 saatlıq görüşdən sonra həmsədrlər media əhlinə məlumat vermədən nazirliyi tərk ediblər.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik xarici işlər naziri ilə görüşdən sonra prezident İlham Əliyevlə görüşə gediblər.
XS
SM
MD
LG