Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Ramiz Rzayev: «75 hakim intizam məsuliyyətinə cəlb edilib»


«Hakimlərin yol verdiyi qanun pozuntuları Məhkəmə Hüquq Şurasında müzakirə olunur və onlar haqda tədbir görülür». Bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib:

«2005-ci ildən bu vaxta kimi hakimlər haqda mindən çox intizam icraatı başlanılıb. 75 hakim intizam məsuliyyətinə cəlb edilib».

Ramiz Rzayev deyir ki, hakim işə baxdığı zaman yanlışlığa, qanun pozuntusuna yol verirsə, ədalətsizlik edirsə bu yolverilməzdir. Biz belə hakimlərə qarşı çox tələbkarıq:

«Mən demirəm ki, bizim qəbul etdiyimiz bütün qərarlar mütləqdir. Ancaq bu həqiqət də var ki, hakimlər haqqında müsbət rəyin yaranmamasında jurnalistlər də kömək edir. Şikayətçi necə deyir elə də yazırlar. Bu da ictimai rəyə təsir göstərir».

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda məhkəmələrin icra orqanından asılı olduğunu və bu strukturda korrupsiya hallarının geniş yayıldığını bildirirlər.
XS
SM
MD
LG