Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:48

Respublikaçılar niyə uduzdu?


Futbol yarışmasının məqsədi respublika dəyərləri və ideyasının yayılması idi

Futbol yarışmasının məqsədi respublika dəyərləri və ideyasının yayılması idi

«Monarxistlər» «respublikaçılar»a qalib gəlib. Bu, «Ol» Gənclər Hərəkatının keçirdiyi futbol yarışmasının nəticəsidir.

Futbol yarışmasının məqsədi respublika dəyərləri və ideyasının yayılması idi. Hərəkatdan Ruslan Əsədov deyir ki, hər hansı ideya uğrunda mübarizə gənclərin bütün həyat sahələrini əhatə etməlidir:

«Yəni insanlar fikirləşsinlər ki, biz idman edə-edə də, öz tanışlarımızı, ətrafımızı futbol maçına dəvət edərək də bu ideyaları yaya bilərik. Zalda istər monarxiya, istərsə də respublika tərəfdarlarının şüarlar səsləndirməsi çox maraqlı mənzərə yaradırdı. Mən ideyaların məhz bu cür çatdırılmasına çox inanıram».

Yarışmada respublikaçıların uduzması Ruslanı ruhdan salmır:

«Respublikaçıların qısa müddətli perspektiv üçün məğlub olması reallıqdır. Amma uzun müddətli perspektiv üçün bu tipli tədbirlər daha uğurlu gələcəyə apara bilər. Mən əminəm ki, revanş maçında respublika ideyası qalib gələcək».

Respublika ideyasının gənclər arasında yayılmasında iştirak edənlərdən Rəşad Şirin də inanır ki, kiçik bir fədakar qrup dünyanı dəyişə bilər:

«İnsanları, sistemləri, rejimləri dəyişən, əslində, həmişə kiçik, amma hədəfini bilən qruplar olub. Azərbaycanda da proses bu şəkildə gedə bilər. Ona görə də lider ola biləcək insanları müəyyən etmək lazımdır».

Buna da bax:

XS
SM
MD
LG