Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:47

Dünya Bankının proqramından Ermənistan və Konqo yararlandı


Ermənistan və Konqo Demokratik Respublikası Dünya Bankının təşkil etdiyi «fast -track» proqramlarından ilk bəhrələnən ölkələr olublar. Proqramın məqsədi dünya maliyyə böhranı ərəfəsində inkişaf etməkdə olan ölkələrə yardımı sürətləndirməkdir.

Dünya Bankının bəyanatında deyilir ki, Ermənistana verilən yardım otuz beş milyon, Konqoya verilən yardım isə yüz milyon dollar dəyərindədir. Ermənistan bu məbləği kənd yerlərində iş yerlərinin yaradılmasına sərf edəcək. Dünya Bankı bildirib ki, bu yardımın məqsədi Ermənistan və Konqoda əziyyət çəkən kasıb adamlara kömək etmək üçündür.
XS
SM
MD
LG