Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:13

Azərbaycanda uçot dərəcəsi aşağı salındı


Azərbaycanın Milli Bankı (AMB) martın 2-dən uçot dərəcəsini 5%-dən 3%-ə salır. Bu barədə Milli Bankın sədri Elmar Rüstəmov fevralın 27-i jurnalistlərə müsahibəsində deyib.

Bu qərar qlobal iqtisadi böhranın dərinləşməsi, beynəlxalq maliyyə bazarlarında likvidliyin daha da sıxılmasını nəzərə alaraq, iqtisadi aktivliyin qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək vermək məqsədilə Milli Bankın 2009-cu il üçün bəyan etdiyi pul kredit-siyasətinin yumşaldılması çərçivəsində qəbul olunub.

Bununla əlaqədar faiz dəhlizinin yuxarı həddi 10%-dən 8%-ə, həm manat, həm də xarici valyutada məcburi ehtiyat normaları 3%-dən 0,5%-ə salınır.

Ötən ilin oktyabr ayından bu ilin fevralın 2-dək mərkəzi bank uçot dərəcəsini mərhələlərlə 15%-dən 5%-dək azaldıb.

XS
SM
MD
LG