Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:26

İran Obamanın Buşun siyasətini təkrar etdiyini deyir


İran Vaşinqtonun BMT-dəki yeni səfirini keçmiş prezident Corc Buşun administrasiyasının siyasətini təkrar etməkdə günahlandırıb. BMT-dəki səfir Suzan Rays qurumun Təhlükəsizlik Şurasında etdiyi çıxışı zamanı deyib ki, ABŞ İranın terrorizmi dəstəkləməsinə və nüvə silahı istehsal etmə niyyətinə son qoymaq istəyir.

Buna cavab olaraq isə İran səfiri Məhəmməd Xazae şuranın prezidenti, Yaponiya səfiri Yukio Takasuya ünvanladığı məktubda yazıb ki, Suzan Rays ondan əvvəlkilərin bəyan etdiklərini təkrarlayır. Məhəmməd Xazae Vaşinqtonu İrana qarşı bu cür münasibətə görə «konkret və mənalı addımlar» atmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG