Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:10

İraq prezidenti İrana səfər edib


İraq prezidenti Cəlal Təlabani İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana səfər edib. Danışıqlarda iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi məsələsi müzakirə ediləcək. Təlabaninin İran prezidenti Mahmud Əhmədinejad və Üləmalar şurasının rəhbəri Əkbər Haşəmi Rəfsancani ilə görüşəcəyi gözlənilir.

Bu İraq prezidentinin son iki il ərzində İrana ikinci səfəridir. Cəlal Təlabanini İraq rəsmilərindən ibarət nümayəndə heyəti, həmçinin İraqın Enerji və Maliyyə nazirləri də müşaiyət edir. Tehrana gəlməzdən əvvəl İraq prezidenti Cənubi Koreyaya səfər edib və koreyalıları İraqdakı layihələrə sərmayə qoymağa çağırıb.
XS
SM
MD
LG