Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23

İlham Şaban: «Biz puldan pul düzəltmirik»


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

«Azərbaycanda adət belədir ki, şirkətin sahibi də, prezidenti də, baş direktoru da eyni adamdır. Məsələn, «Xalq qəzeti»ndə iki il öncə oxumuşdum ki, «Bakı Poladtökmə»nin 98,5% səhmləri, sən demə, müdirin imiş. O da həbsdə. Oradan da payını satdığını elan etdi».

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban «Azadlıq» radiosunun «İşdən sonra» proqramına neft gəlirləri və şəffaflıq haqda danışarkən belə deyib. Onun sözlərinə görə, şəffaflıq olmayan yerdə bütün proseslər qalmaqala gətirir:

«Neftin qiyməti 100 dolları keçəndə və bu həddən aşağı düşəndə hökumət üzvlərinin davranışına baxırdım. Yüksək qiymət olanda Azərbaycan böyük iddia ilə Olimpiadaya namizədliyini irəli sürürdü. Nazir Əbülfəs Qarayevdən jurnalistlərdən biri soruşmuşdu ki, «16 milyard axı böyük xərcdir. London 12 milyard üzərində hələ də düşünür. 2016-cı ilədək bu rəqəm bəlkə 20 milyard olacaq». Nazir də cavab verdi ki, «Olsun da. 200 milyard gələcək, indi onun 10 faizini xərcləməyək?»

İ.Şaban deyir ki, Azərbaycanda pullar birbaşa gəlir gəlməyən layihələrə yatırılır. Yollar, muzeylər və yaşayış binalarının fasadlarının təmirinə:

«Mən neft pullarının bir yerdə də saxlanmasının tərəfdarı deyiləm. 9 milyard həmin pullardan artıq xərcləmişik. Lakin bu pulların heç olmasa 1/3-i kommersiya layihələrinə getməli idi. Belə olsaydı, 30 faiz divident götürmək mümkün olardı».

İ.Şaban deyir ki, 150-170 milyon dollar kifayətdir ki, Azərbaycanın təxminən altı aydır ki, donmuş tikinti bazarını canlandırasan:

«Bunu hökumət adamları qeyri-rəsmi olaraq səmimi deyirlər. Bu məbləğ risk də deyil axı. Pulları ayırırsan, nəticədə, əvəzində faizlə pul alırsan. Yəni qazanırsan. Hər il biz 4-5 milyon manatlıq kibrit yandırırıq. Azərbaycan bunu İran və Belarusdan ixrac edir. Özü də qutulardakının yarısı yarasızdır. Bunu özünüz istehsal edin də. Faciə odur ki, kapitalizmin əsas postulatı olan «puldan pul qazanmırıq». Biz nə qazanırıq, onu da yeyirik».

O, ölkədə iş şəraitinin acınacaqlı durumda olduğunu da bildirir:

«Azərbaycanda 1500 səhmdar cəmiyyət var idi, divident verənsə vur-tut 100 qurum oldu. Müdir 10 min alır. İşçisi isə özünü öldürsə maksimum 500 manat. Arada 20 dəfə fərq var. Nə iş paltarı var, nə tibbi sığortası, nə də leqal əmək haqqı…»

Şərhləri göstər

XS
SM
MD
LG