Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:22

Meriya Konstitusiyanı saymır


2 beşmərtəbəli binanın arasında yerləşən «besedka»nı söküb ikimərtəbəli seçki məntəqəsi tikiblər

2 beşmərtəbəli binanın arasında yerləşən «besedka»nı söküb ikimərtəbəli seçki məntəqəsi tikiblər

Bakı Şəhər İcra Hakimiyyətində düşünürlər ki, adam gözdən əlildirsə, onun işığını və havasını asanlıqla əlindən almaq olar. Gözdən əlil Xatirə Abdullayevanın dediklərindən bu nəticəyə gəlmək olar. Şəhər İcra Hakimiyyəti ilə Nərimanov rayonundakı gözdən əlillər arasında münaqişə də Faiq Yusifov 36-da 212 nömrəli məktəblə üzbəüz 2 beşmərtəbəli binanın arasında yerləşən «besedka»nın sökülüb 2 mərtəbəli seçki məntəqəsi tikilməsi ilə başlayıb.

«Deyirlər ki, gözdən əlildirlər də. Bunlara işıq nəyə lazımdır? Beləcə, bizim əlilliyimizi daha da yadımıza salırlar. Bax bu mənim pəncərəmdir burda qalıram. Qaranlıqdır. Havanın qabağını alır bina. Yağış yağanda bütün su hamısı mənim evimə axacaq».
Bu tikintiyə icazə verməklə Şəhər İcra Hakimiyyəti, birinci, Azərbaycan Respublikasının Əsas Qanununu pozub. Çünki sökülmüş bağça iki binanın sakinlərinin yeganə istirahət yeri idi. İcra hakimiyyəti digər tərəfdən «Şəhərsalmanın əsasları haqqında Azərbaycan respublikasının qanunu»nun, Dövlət Şəhərsalma Norma və Qaydalarının da üstündən xətt çəkib. Çünki bu sənədlərdə göstərilir ki, seçki məntəqəsinin məhz bu yerdə tikilməsi yolverilməzdir.

«Burda aralıqda qəşəng «besedka» var idi, uşaqların istirahəti üçün. Keçən il yayda gəldilər sökdülər. Camaat bir az təşvişə düşdü ki, nə üçün? Dedilər ki, təzə «besedka» düzəldəcəyik. Nərimanov İcra Hakimiyyətinin işçilərindən idi. Bir də gördük ki, artıq tikiblər. Camaat nə qədər hay-küy elədi, xeyri olmadı».

Qurban Mirzəyev 1961-ci ildən Nərimanov rayonundakı 38 saylı binada yaşayır. Deyir ki, bina ilə seçki məntəqəsinin arasındakı məsafə də vətəndaşlara mane olur.

«Camaatın pəncərəsinin qarşısını alır. Hazır «besedka» idi, otururduq, dincəlirdik...»
Seçki məntəqəsi ilə hər iki bina arasındakı məsafə təxminən 1,5m-dir. Dövlət Şəhərsalma Norma və Qaydaları isə başqa normaları nəzərdə tutur:

Maddə 4.16. Yaşayış zonası layihələndirildikdə meydançaların yerləşdirilməsi nəzərə alınmalı, onların ölçüləri, yaşayış və ictimai binalaradək olan məsafələri cədvəldə göstəriləndən az qəbul olunmamalıdır.
MeydançalarMeydançaların sahəsi (m2/ adam)Meydançalardan yaşayış və ictimai binaların pəncərəsinədək olan məsafə, (m)
Məktəb yaşına qədər və kiçik yaşlı məktəblilərin oyunları üçün0,112
Yaşlı əhalinin istirahəti üçün0,110
Təsərrüfat məqsədi və ev itlərinin gəzintiyə çıxarılması üçün0,320 (təsərrüfat məqsədi üçün) 40 (ev itlərinin gəzintiyə çıxarılması üçün)
Avtomobillərin dayanacağı üçün0,8cədvəl 10 üzrə

Xatirə Abdullayevanın dediyinə görə, prezident seçkiləri ərəfəsində sakinləri aldadıblar ki, məhəllədə abadlaşdırma işləri görülür:

«Birincisi bilirsən necə aldatdılar bizi? Seçkiqabağı idi. Bloka qapı qoydular ki, guya buraları abadlaşdırırıq biz. Buranı da gizlincə qazırmışlar. Birinci gün biz qoymadıq. Onlar qazırdı, biz şumlayırdıq. Ondan sonra daha heç kim heç nə edə bilmədi. Hamı iş-güc adamıdır.

- binanın dibini elə ediblər ki, su hamısı yığılır bu tərəfə. Biz qabaq burdan keçirdik, indi məcburuq binanın o biri tərəfindən keçək».

Şəhərdə bütün tikintiləri nizamlayan normaya - Dövlət Şəhərsalma Norma və Qaydalarına görə isə, sakinlər binanın o biri başından fırlanıb yola çıxmağa məcbur olmamalıydılar.

Bina ilə seçki məntəqəsinin arasındakı məsafə də vətəndaşlara mane olur
Tikinti gedən binadakı fəhlələrin bildiyi ancaq o idi ki, bura seçki məntəqəsi kimi fəaliyyət göstərəcək.

18 saylı Nərimanov-Nizami seçki dairəsinin sədri Qabil Kərimovun dediyinə görə, sözügedən ünvanda ötən seçkidə məntəqəni icarə ilə götürmüşdülər. Həmin məntəqə indi başqa təyinat üzrə fəaliyyət göstərdiyi üçün yeni məntəqə tikilməsi zərurəti yaranıb. Dairə Seçki Komissiyasının təklifinə əsasən Faiq Yusifov 36-dakı «besedka»nın yerində 2 saylı seçki məntəqəsi tikilir. Bu məntəqənin tikilişinin vətəndaşların hüquqlarını tapdalaması məsələsinə isə Qabil Kərimov müdaxilə etmək istəmədiyini deyir:

«Əsas bizə şərait yaradılması üçün yerli bələdiyyə qurumlarına və icra hakimiyyətlərinə müraciət edirik ki, məntəqələrin şəraitini düzəldin. Bizim vəsaitimiz yoxdur, bizim vəsait hesabına tikilmir ki? O ki qaldı mülki qanunvericiliyə görə əhali ilə münasibətlərə, açığı, müdaxilə etmək istəmirəm, mənim səlahiyyətim deyil. Bələdiyyə qurumları və icra hakimiyyətinə bizim məntəqənin yerləşdirilməsi ilə bağlı müraciət etmişik. Onlar da həmin müraciətin əsasında bizə cavab veriblər ki, belə bir məntəqə tikirik. Hazırda plakatımız da ordadır, yaxınlarda başlayacağıq məntəqə kimi fəaliyyətə».

Hüquqşünas Sadiqə Mehdizadə qanunvericiliyə istinadən deyir ki, seçki məntəqəsinin tikintisi təcilidirsə, onda alternativ torpaq sahələri axtarılmalıdır və ya sakinlərə alternativ meydança təklif edilməlidir. Hüquqşünas deyir ki, bu halda isə qanun o binanın sökülməsini tələb edir.

«Burda açıq-aydın görünür ki, meydançanın götürülüb və yerində hər hansı binanın tikilməsi artıq yolverilməzdir. Qəza vəziyyəti yaradır, bütün texniki normaları kobud şəkildə pozur, bir tikilinin düzgün normalara uyğun olaraq tikilməməsi arxasınca bir çox hüquq pozuntuları gətirir. Burda söhbət təkcə tikinti normalarının pozulmasından getmir. Ekoloji tərəfi var bunun. Binalarda müəyyən tələblər var: gün işığının içəri düşməsi, təmiz havanın içəri girməsi. Yəni bunlar hamısı qanunda dəqiq işlənib. Bunu açsaq, məhkəməyə çıxarsaq, burda bir qovluq maddə üzə çıxacaq ki, onlar hamısı pozulur».

Paytaxt meriyasının yol verdiyi pozuntulardan biri də Sadiqə Mehdizadənin xatırlatdığı «Ətraf mühitin mühafizəsi haqqında» qanundakı şəhərsalma və başqa yaşayış məntəqələrin tikintisinə ekoloji tələblərdir. Səbəb meydandakı ağacların kəsilməsindən gedir. Halbuki oxşar hadisəyə görə, Bakı sakini Əli Mənsurova az qala 10 min manat cərimə yazacaqdılar».

Ağacı budayan Əli Mənsurovu 300 manat cərimələyən məhkəmə kimlərə hansı cəzanı kəsməli olduğunu da özünüz fikirləşin...
Bu pozuntularda suçlu hesab edilən Şəhər İcra Hakimiyyəti və onun Nərimanov rayonundakı qurumun əməkdaşları isə işə məsuliyyəti bir-birinin üstünə atmaqla suallardan yayınmazdılar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG