Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:30

Banqladeşdə qiyam ölkənin digər şəhərlərini də bürüyüb


Banqladeşin hakim dairələri qiyamçılardan silahı yerə qoymağı tələb edib.

Ölkənin baş naziri Şeyx Hasina xəbərdarlıq edib ki, əks halda kəskin tədbirlər görüləcək.

Qərb agentlikləri ölkə paytaxtı Dəkkəyə hərbi texnika yeridildiyini, qiyamın qaldırıldığı sərhəd qoşunlarının baş qərarkahının mühasirəyə alındığını xəbər verirlər.

Bir qədər əvvəl hökumətlə qiyamçılar arasında razılıq əldə olunsa da bu gün qiyam ölkənin digər şəhərlərini də bürüyüb.

Qiyamçılar əməkhaqlarının artırılmasını və şəraitin yaxşılaşdırılmasını tələb edirlər.

Dəkkədə baş vermiş toqquşmalarda 50-ə yaxın adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG