Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:45

Türkiyədə matəm elan olunub


Türkiyədə təyyarə qəzasına görə matəm elan olunub.

Fevralın 25-də Hollandiyanın paytaxtında Türkiyə Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. 9 nəfər ölüb, 80-dən artıq adam yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır.

Türkiyə Pilotları Birliyi bildirib ki, qəza zamanı insan tələfatının az olması pilotların peşəkarlığına görədir.

Boinq-737 təyyarəsində uçuş vaxtı 130-dan artıq adam olub.

Hazırda qəzanın səbəbləri araşdırılmaqdadır, təyyarənin qara qurusu Fransaya göndərilib.

Araşdırmanın nəticələri bir neçə günə açıqlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG