Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:20

Özəl müəssisələrin hamısı audit yoxlamadan keçmir


«Özəl müəssisələrin təxminən 10-12 faizi il ərzində audit yoxlamadan keçir. Halbuki, müvafiq qanunla auditdən keçmə məcburidir». Bunu Dövlət Auditorlar Palatasının Aparat rəhbəri Qəşəm Bayramov «Azadlıq» radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, məcburi auditdən keçməyən müəssisələr üçün cərimə sanksiyaları nəzərdə tutulmadığından Auditorlar Palatası hər hansı inzibati tədbir görə bilmir: «Biz Auditor Xidməti haqqında» yeni qanun layihəsi hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. İyirmi xarici ölkənin təcrübəsindən yararlanmışıq. Bu qanun layihəsində beynəlxalq maliyyə qurumlarının tövsiyələri nəzərə alınıb».

Qəşəm Bayramovun sözlərinə görə, özəl müəssisələrdə audit yoxlamalar zamanı əsasən mühasibat uçotunun düzgün aparılmaması, vergidən yayınma halları, Sosial Müdafiə Fonduna ödəmələrin ayrılmaması kimi ciddi nöqsanlar aşkar ediblər.

Auditorlar Palatasının Aparat rəhbəri deyir ki, əsasən banklar və sığorta şirkətləri audit yoxlamasından vaxtlı-vaxtında keçirlər.
«Auditor Xidməti haqqında» qanun 1994-cü ildə qəbul olunub. Auditorlar Palatası isə 1996-cı ildən fəaliyyət göstərir.
XS
SM
MD
LG