Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:02

««Day.az»ın Mehdiyevin nəzarətinə keçdiyi təsdiqləndi»


Rüstəm İbrahimbəyovun müsahibəsindən sonra «day.az» Ramiz Mehdiyevin qara kitabına düşüb
Rüstəm İbrahimbəyovun müsahibəsindən sonra «day.az» Ramiz Mehdiyevin qara kitabına düşüb
«Azadlıq»: «Day.az»ın satılması günün aktual məsələsi olaraq qalır. Xatırladaq ki, portal fevralın 25-də müəmmalı şəkildə fəaliyyətini dayandırdı. Qeyri-rəsmi məlumatlarda bildirildi ki, «day.az»ın bağlanmasının səbəbi saytda Londonda yaşayan rusiyalı milyarder Boris Berezovskinin Putini kəskin tənqid edən müsahibəsinin yerləşdirilməsidir. Lakin saytın sahibi Anar Məmmədxanov bu məlumatları təkzib edərək, saytın texniki səbəblərdən fəaliyyətini dayandırdığını bildirib.

«Azadlıq»: qəzetinin araşdırmaları zamanı isə məlum olub ki, saytın yeni sahibi Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur. Əldə etdiyimiz məlumatlar isə Əli Həsənovun iddialarının əsassız olduğunu göstərir. Daha doğrusu, bu xəbər portalını Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Əli Həsənovun əli ilə öz nəzarətinə keçirib. Hələ «day.az»da tanınmış dramaturq Rüstəm İbrahimbəyovun qalmaqallı müsahibəsi yerləşdiriləndə bu sayt Ramiz Mehdiyevin qara kitabına düşüb. Berezovskini müsahibəsi isə «day.az»ı qapatmaq üçün fürsət olub. Maraqlıdır ki, Əli Həsənov da bu saytın məhz Berezovskinin müsahibəsinə görə bağlandığı barədə məlumatı nə təkzib, nə də təsdiq edib. O, bildirib ki, ümumiyyətlə bu saytla bağlı heç bir açıqlama verə bilməyəcək.

«Yeni Azərbaycan»: Referendum üzrə «Tərəqqi» təşviqat qrupu dünən Nərimanov rayonunda seçicilərlə görüş keçirilib. Təşviqat qrupunun nümayəndəsi, millət vəkili Zahid Oruc seçicilərlə qarşısında çıxış edərək bildirib ki, referendumla seçki mahiyyətcə fərqlidirlər. Çünki referendumla xalqın nümayəndələri bir-biri ilə məsləhətləşirlər. «Müxalifət 1992-ci ildə hakimiyyətə gələrkən Konstitusiya qəbul edəcəklərini vəd edirdilər. Amma əvəzində Azərbaycan SSRİ qanunları, ənənələri ilə idarə olundu. Həmin müxalifət qüvvələri 1995-ci ildə ilk milli Konstitusiya qarşı 6 ay təbliğat apardılar. Belə çıxır ki, indi onlar həmin Konstitusiyanı dəstəkləyirlər. Bu fakt onların arqumentlərinin cəfəngiyat olduğunu göstərir».

«Ekspress»: «Bankirin müəmmalı intiharı»
«Rabitəbank»ın Şəki filialının rəhbəri Namiq Arif oğlu Musayev intihar edib. Fevralın 24-də saat 10.00-da 48 yaşlı Namiq Musayev evində asılmış vəziyyətdə tapılıb.
Şəki rayon prokurorluğundan «Turan»a verilən məlumata görə, fakt üzrə 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. «Rabitəbank»ın baş ofisindəki mənbə bildirib ki, bankın əməkdaşları Musayevin vəfatı haqqında məlumatdan çox kədərləniblər. Bununla belə, faciəni onun peşə fəaliyyəti ilə əlaqələndirmirlər. «Şəki filialı çox kiçik idi və daim nəzarətdə idi, onun fəaliyyətində hansısa gözəçarpan pozuntu olmayıb»,- deyə mənbə qeyd edib. «Hadisənin mərhumun şəxsi həyatı ilə bağlı olduğu ehtimal edilir»,- bu sözləri isə «Rabitəbank» Səhmdar Kommersiya Bankının Bakıdakı baş ofisindən APA-ya bildiriblər və qeyd ediblər ki, bank rəhbərliyi ilə Namiq Musayev arasında hər zaman normal və effektli işgüzar münasibətlər olub və onun peşəkar fəaliyyəti ilə bağlı heç vaxt narazılıq olmayıb. Mərhumun üzərindən məktub tapıldığı bildirilir. İstintaq sirri olduğu üçün hələlik məktubda yazılanlar açıqlanmır.

«Üç nöqtə»: «İran ABŞ-la qarşılıqlı problemlərin həlli məqsədilə müzakirələr aparmaq üçün bizdən vasitəçilik etməyi xahiş edib». Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Ərdoğan Tehranın danışıqlara hazır olduğu barədə istəyini ABŞ-ın prezidenti Barak Obamaya çatdıracağını vurğulayıb. Türkiyənin ABŞ - İran arasında vasitəçilik missiyasının region üçün hansı vədləri verdiyi maraq doğurur. Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev indiki şəraitdə Türkiyənin bu addımının uğurlu olacağına şübhə ilə yanaşdı: «Çünki ABŞ-ın indiki rəhbərliyindən İrana heç bir mesaj göndərilməyib. İnanmıram ki, Obama bu və ya digər vasitə ilə Türkiyədən belə bir məsələni gündəmə gətirməyi xahiş etsin. Amma Türkiyə İranla kifayət qədər yaxınlaşmaq istəyindədir. O, Rusiyadan qaz asılılığını aradan qaldırmaq və eyni zamanda İrandan daha ucuz qiymətə qaz almaq niyyətindədir». C.Nuriyev belə bir vasitəçilik missiyası ilə İran-Amerika münasibətlərində hər hansı irəliləyişin olacağını düşünmür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG