Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Qazprom: «Ukrayna martın 8-dən yenidən qazsız qala bilər»


«Rusiya martın 8-dən Ukryanaya verdiyi qazı kəsə bilər, əgər 400 milyon dollar borcunu ödəməzsə». Bu barədə bu gün Rusiyanın Kommersant qəzeti yazıb.

Qəzet bildirir ki, «Qazprom»un maliyyə direktoru Andrey Kruqlov direktorlar şurasının görüşündə bu məsələyə baxıb. Kruqulov bildirib ki, əgər Ukrayna martın 7-dək borcunu ödəməsə, «Qazprom» növbəti günlərdə onun qazını yenidən kəsəcək.

İlin əvvəlində də Rusiyanın «Qazprom» şirkəti Ukraynaya verdiyi qazı kəsmişdi, nəticədə Avropa Birliyinin 15-dən artıq ölkəsi qazsız qalmışdı.

Hər iki tərəf yanvarın 19-da yeni müqavilə bağladıqdan sonra «Qazprom» qaz nəqlini bərpa etdi.
XS
SM
MD
LG