Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:10

«Day.az» fəaliyyətini bərpa etdi. Radio və forum hissələrindən başqa


Saytlar bir həftə öncə fəaliyyətini dayandırmışdı
Saytlar bir həftə öncə fəaliyyətini dayandırmışdı
«Day.az» və «today.az» internet portalları fevralın 26-dan fəaliyyətlərini bərpa ediblər. Saytlar bir həftə öncə fəaliyyətini dayandırmışdı. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, sonradan fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilmişdi.

Saytın təsisçisi deputat Anar Məmmədxanlı portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib. İki gün əvvəlsə məlum olub ki, «Day.az» hələlik adı açıqlanmayan bir QHT-yə satılıb.

Saytın əvvəlki baş redaktoru Elnur Baimov portalın indiki heyətində çalışmaqdan imtina edib. Təsisçi Anar Məmmədxanlı isə internet nəşrin yeni redaktorunun «Trend» Agentliyinin rəhbəri İlqar Hüseynov olduğunu açıqlayıb. Ancaq «Turan» İnformasiya Agentliyi Hüseynovun «Day.az»a sadəcə texniki rəhbər kimi cəlb edildiyi barədə məlumat verib.

İşini bərpa edən portalın Day.az radiosu və forum bölmələri hələ də işlək deyil. Bağlanmazdan əvvəl rusiyalı oliqarx Boris Berezovski ilə olan müsahibə portalın ana səhifəsindən arxiv hissəsinə keçirilib.

«Day.az» 2003-cü ildə yaradılıb. Saytın təsisçisi millət vəkili Anar Məmmədxanov idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG