Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:33

Xocalı faciəsinin 17-ci ildönümü anıldı


Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq qətlə yetirilib, yüzlərlə insan yaralanıb

Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq qətlə yetirilib, yüzlərlə insan yaralanıb

Fevralın 26-da həmişə olduğu kimi Bakının Xətai rayonunda Xocalı faciəsinə həsr olunmuş aibidənin qarşısında faciəni anma mərasimi keçirildi.

Prezident və dövlət rəsmiləri abidənin önünə əklil qoydular. Bundan sonra əhalinin abidəyə sərbəst yaxınlaşmasına imkan verildi.

Bundan əvvəl isə polis kordonu insanların abidəyə yaxınlaşmasına imkan vermirdi. Rayonlardan gəlmiş məcburi köçkünlər ziyarətlə yanaşı prezidentə öz problemlərini demək istəyirdilər. Bu onlara müyəssər olmadı.

Beləliklə, fevralın 26-da Xocalı faciəsi anıldı.


1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun Xankəndində yerləşmiş 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri Xocalıya hücum edib. 613 nəfər, o cümlədən 63 uşaq qətlə yetirilib, yüzlərlə insan yaralanıb. 1275 nəfər Xocalı sakini əsir və ya girov götürülüb, 150 nəfərin taleyi isə indiyədək naməlumdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG