Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:57

Xocalı faciəsinin 17-ci ili tamam olur


Bu gün Xocalı faciəsinin 17-ci ildönümüdür. Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.

Qırğın nəticəsində 613 nəfər həlak olub. Onlardan 63 uşaq, 106 qadın, 70 isə yaşlılardır.

Erməni silahlı qüvvələrinin Xocalıya hücumu nəticəsində 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
XS
SM
MD
LG