Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:00

Təyyarə qəzasının səbəbləri araşdırılmaqdadır


Türkiyə Hava Yollarına məxsus təyyarənin qəzaya düşmə səbəbləri araşdırılır. Fevralın 25-də baş verən qəzada azı 9 nəfər ölüb, onlardan 2-si pilotdur. 80-dən artıq adam yaralanıb.

Türk Hava Yollarına məxsus təyyarə Amsterdamın Schiphol hava limanında yerə enərkən qəzaya uğrayıb, üç hissəyə ayrılıb.

Türkiyənin Nəqliyyat naziri Binali Yıldırım deyib ki, tələfatın daha çox olmaması “möcüzədir”. Nazir bunu təyyarənin nisbətən yumşaq yerə düşməsi və yanğın çıxmaması ilə bağlıyır.

Boinq 737 təyyarəsində uçuş vaxtı 130-dan artıq adam olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG