Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:50

İran 5 il ərzində 50 min sentrifuqa düzəltmək fikrindədir




İran nüvə fəaliyyətini davam etdirir və uran zənginləşdirmək üçün yaxın 5 il ərzində 50 min sentrifuqa düzəltmək fikrindədir.

Bunu İran Atom Enerjisi Agentliyinin rəhbəri Qulamrza Ağazadə Natanz şəhərində çıxış edərkən deyib.

O bildirib ki, hazırda uran zənginləşdirmək üçün İranda 6 min sentrifuqa var.


Birləşmiş Ştatlar və onun müttəfiqləri ehtiyat edir ki, İran nüvə silahları istehsal edə bilər.

Amma Tehran bu ittihamı rədd edir,nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG