Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 22:18

Jurnalistə əlavə kassasiya şikayəti vermək təklif edilib


Eynulla Fətullayevə 8 il 6 ay həbs cəzası kəsilib
Eynulla Fətullayevə 8 il 6 ay həbs cəzası kəsilib
Ali Məhkəmənin sədri Ramiz Rzayev 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Eynulla Fətullayevə əlavə kassasiya şikayəti verməyi təklif edib. «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru bu təkliflə bağlı Ali Məhkəmə sədrindən məktub alıb.

Eynulla Fətullayevin vəkili İsaxan Aşurov «Azadlıq» radiosuna bildirib ki, onlar Azərbaycanda bütün məhkəmə instansiyalarını keçiblər:

«Hesab edirik ki, bütün məhkəmə instansiyalarında işə ədalətsiz və qanunsuz baxılıb. Əlavə kassasiya şikayətinin vəziyyəti dəyişəcəyini güman etmirik».

İsaxan Aşurovun sözlərinə görə, hazırda Avropa Məhkəməsi Eynulla Fətullayevin şikayətini araşdırır. Həm də buna görə onlar əlavə kassasiya şikayətinə ehtiyac görmürlər. Vəkil onu da deyir ki, əgər Eynulla Fətullayevi azadlığa buraxmaq istəyirlərsə, elə Baş prokuror da protest verə bilər.

«PEN» Amerika yazarlar cəmiyyətinin Böyük Britaniya nümayəndəliyinin rəhbəri Liza Appignanes Eynulla Fətullayevin azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. Prezidentin İcra Aparatı isə müraciəti araşdırmaq üçün Ali Məhkəməyə ünvanlayıb.

E.Fətullayev artıq iki ildir həbsdədir. O, terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və jurnalistə 8 il 6 ay həbs cəzası kəsilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Fətullayevi vicdan məhbusu hesab edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG