Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:02

Rail Rzayevin qətliylə bağlı heç kəs saxlanmayıb


General Rail Rzayevin qətliylə bağlı heç kəs hələ saxlanmayıb. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bunu Azadlıq radiosuna bildirib. O, generalın qətliyilə bağlı 3 nəfərin saxlandığı barədə mətbuatda yayılan məlumatları təkzib eləyir.

Hərbi Prokurorluqdan da Azadlıq radiosuna bildirilib ki, generalın qətliylə bağlı heç kim saxlanmayıb.

Lent az saytı isə Rail Rzayevin qətliylə əlaqədar 3 nəfərin şübhəli şəxs qismində saxlandığını yayıb. Xəbərdə bildirilir ki, onlardan biri Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının əməkdaşı, digəri isə başqa millətin nümayəndəsidir.

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Baş prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat istintaq qrupu yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG