Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:26

Day.az-ın yeni rəhbəri İlqar Hüseynovdur


Day.az-ın yeni rəhbəri İlqar Hüseynov

Day.az-ın yeni rəhbəri İlqar Hüseynov

Day.az və Today.az layihələrinin yeni təsisçisi bir qeyri-hökumət təşkilatıdır. Bu məlumatı Lent.az-a layihələrin keçmiş rəhbəri, millət vəkili Anar Məmmədxanov verib. Millət vəkili həmin QHT-nin adını etik qaydalara görə açıqlamaq istəmədi: «Ehtiyac olsa, özləri bu barədə məlumat verərlər».
Məmmədxanovun bildirdiyinə görə, layihələrin satılması ilə bağlı danışıqlar 2 aydır gedirmiş: «Nəhayət, proses başa çatdı və mən artıq təsisçiliyi təhvil verdim».

A.Məmmədxanov Day.az-ın yeni baş redaktorunun adını da açıqlayıb: «Layihəyə rəhbərliyi böyük hörmət bəslədiyim İlqar Hüseynov həyata keçirəcək».
Millət vəkili hələlik yeni layihə barədə fikirləşmədiyini dedi: «Bu barədə hələ düşünmürəm».

Layihənin yeni rəhbəri İlqar Hüseynov 1962-ci ildə Bakıda anadan olub. 1986-cı ildə Moskva Aviasiya İnstitutunun iqtisadiyyat fakültəsini bitirib.

1986-1988-ci illərdə Bakıda neft emalı zavodunda komsomol təşkilatının katibi işləyib.

1988-2000-ci illərdə isə DTK, sonra isə Milli Təhlükəsizlik Nazirliyində çalışıb.

2000-2004-cü illərdə İqtisadi İnkişaf nazirinin məsləhətçisi olub.

2004-cü ildən «TREND» informasiya-analitik agentliyin direktorudur.

Demokratik İslahatlar Partiyasının Siyasi Şurasının üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG