Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:53

«Ermənistan iğtişaşlarda aşırı gücdən istifadə edib»


Mərkəzi Nyu-Yorkda yerləşən «Human Right Watch» təşkilatı Ermənistan hökumətini bir il əvvəl baş vermiş hökumət əleyhinə olan iğtişaşlarda aşırı güc istifadəsinin araşdırmağa çağırıb.

Qurum öz bəyanatında deyir ki, polis nümayişlər zamanı həbs olunanlara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həbs olunanları döymüş, onlara hədə qorxu gəlmiş və onların vəkillərlə görüşməsinə etiraz etmişdi. «Human Rights Watch» Ermənistan hökumətindən ayrı-ayrı polis nəfərlərini və aşırı güc tətbiq edilməsi əmri verənləri məsuliyyətə cəlb etməsini tələb edir.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın minlərlə tərəfdarı keçən il fevralında 11 gün ərzində nümayiş keçirərək prezident Serj Sarkisyanın qələbəsinin ləğvini tələb ediblər. Həmin hadisələr zamanı iki polis və səkkiz dinc sakin həlak olmuşdu və bir çoxları da silah atəşindən yaralanmışdı.
XS
SM
MD
LG