Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:40

V. Səmədoğlu: «Bir yada salaydınız ki, bu radio sizin üçün nələr edib»


İlqar Rəsul və Vaqif Səmədoğlu

İlqar Rəsul və Vaqif Səmədoğlu

.

2009-cu ildə şair Vaqif Səmədoğlu AzadlıqRadiosu-nun Tanınmışlar verlişinə müsahibə verib. AzadlıqRadiosunun arxivindən olan müsahibəni yenidən dərc edirik:

Vaqif Səmədoğlu:

«Azadlıq», «Amerikanın səsi», BBC radioları və Avropa Şurası Parlament Assambleyası birbaşa insan haqları ilə bağlı olan institutlardır. Bunlar Şərqlə Qərb və ya Şimalla Cənub arasında ideoloji mübarizənin cəbhələrindən biridir. Nə qədər ki, Şərqdə və Cənubda demokratiya bərqərar olmayıb, «Azadlıq» radiosu yaşayacaq. Və and içərək əmin də edirəm ki, bu radionun əməkdaşları ən azı 200 il arxayın işləyə bilərlər».

Şair, deputat Vaqif Səmədoğlu «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinə belə deyib.

DANIŞIR VAQİF SƏMƏDOĞLU:


Onun sözlərinə görə, BBC, «Amerikanın səsi» və «Azadlıq» radiolarının FM dalğalarından çıxarılması haqda söz-söhbət yaranandan 1990-cı illər yadına düşüb:

«1990-cı ilin yanvar hadisələrində mənim və xüsusilə də Yusifin o müdhiş gecədə «Azadlıq»dan və «Amerikanın səsi»ndən danışmağımız yadıma düşdü. Axı biz azərbaycanlıyıq. «Azadlıq» radiosu Azərbaycan xalqının bütün dünyadan təcrid olunmuş, əlini bir balaca dünyaya uzadanda qolu, yerimək istəyəndə ayağı kəsilən, tam milli tənhalığa düçar olmuş dövrdə bizim səsimizi dünyaya çatdıran yeganə vasitə olub. Azərbaycan xalqının sinə sözünü, ağzından çıxan nəfəsini «Azadlıq» radiosunun mikrafonları əvəz etdi. Bu qərarı qəbul edənlər, heç olmasa bir minnətdarlıq hissiniz olsun də! Bir yada salaydınız ki, bu radio sizin üçün nələr edib».

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG