Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:03

İran nüvə stansiyasında sınaqlara başladı


İran hökuməti deyir ki, Buşehr nüvə stansiyasında sınaqlara başlayıb. Sınaqlar zavodun işə başlanmasına hazırlıq məqsədi ilə keçirilir.

İran atom enerjisi təşkilaltının sözçüsü Mohsen Şirazi deyir ki, Rusiyanın nüvə korporasiyası, «Rosatom»-un baş direktoru Sergey Kiriyenko və İran Atom enerjisi təşkilatının rəhbəri Qulamrza Ağazadə İranın cənub qərbində yerləşən stansiyaya baş çəkiblər.

Rusiyanın «Atomstroieksport» firması ilə bağlanan bir milyard dollar məbləğində olan müqavilə əsasında tikilən min mevaqat reaktorlu nüvə stansiyasının tikintisi dəfələrlə təxirə salınmışdı. Onun bu ilin sonunda fəaliyyətə başlanması gözlənilir.

İranın nüvə silahı istehsal edəcəyindən ehtiyat edən Qərb isə Buşehrdəki nüvə stansiyasının tikintisində Rusiyanın iştirakını tənqid edib. Rusiya isə iddia edir ki, nüvə stansiyasının tikintisi dinc xarakterlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG