Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:58

Yaponiya Əfqanıstan və Pakistana xüsusi elçi göndərəcək


Yaponiya hökuməti bildirir ki, Əfqanıstan və Pakistanda sabitliyin bərpasına kömək etmək üçün regiona xüsusi elçi göndərəcək.

Rəsmilər bildirirlər xüsusi elçi vəzifəsini Yaponiyanın İspaniyadakı səfiri Motohid Yoşikava həyata keçirəcək. Onun tezliklə ABŞ-ın regiondakı xüsusi elçisi Riçard Holbrukla görüşəcəyo gözlənilir. Xüsusi elçilər regiondakı siyasətin koordinasiya edilməsini müzakirə edəcəklər.

Əfqanıstana Yaponiyanın xüsusi elçisinin göndərilməsi qərarı ölkənin baş naziri Taro Asonun dünən Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşəndən sonra verilib. Taro Aso jurnalistlərə bildirib ki, regionda sabitliyin olması üçün Əfqanıstan, Pakistan və İranın cəlb olunduğu regional yanaşma vacib addımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG