Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:29

Pakistan xarici işlər naziri ABŞ dövlət katibi ilə görüşüb


Pakistan xarici işlər naziri Şah Mahmud Qureyşi Vaşinqtonda ABŞ dövlət katibi Hilari Klintonla görüşüb. Görüş ABŞ-ın Əfqanıstan və Pakistandakı siyasətinin təhlili çərçivəsində aparılıb.

Dünən isə Qureyşinin Əfqanıstan xarici işlər naziri Rangen Dadfar Spanta ilə görüşü olub. Bu həftə ərzində isə hər iki baş nazirin ABŞ rəsmiləri ilə görüşü gözlənilir. Əfqanıstan və Pakistanın baş nazirləri bəyan ediblər ki, iki ölkə arasındakı münasibətlər indi yeni mərhələyə keçib. Əfqanıstan Pakistanı ittiham edirdi ki, islamçı yaraqlıların Əfqan-Pakistan sərhədində fəaliyyətinə göz yumur, Pakistan isə bunu rədd edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG