Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:24

Barak Obama ABŞ-ın əvvəlkindən daha güclü ölkə olacağını deyir


ABŞ prezidenti Barak Obama ölkə iqtisadiyyatını dirçəldəcəyini deyir.

Prezident bu haqda ABŞ Konqresi qarşısındakı nitqi zamanı bildirib. Bu yanvarda öz vəzifəsinin icrasına başlayan Obamanın Konqresin hər iki palatası qarşısında ilk çıxışı idi.

Obama həmçinin bildirib ki, onun administrasiyası «yeni öhdəliklər erasına» başlayıb. O, maliyyə böhranının Amerikanı zəiflətdiyini etiraf edib və bildirib ki, illərlə verilən səhv iqtisadi qərarlara görə indi ölkə «qiymətləndirmə mərhələsini» yaşayır. ABŞ prezidenti deyib ki, iqtisadiyyatı dirçəltmə proqramı artıq həyata keçirilir və o, ABŞ-ın əvvəlkindən daha güclü ölkə olacağına inanır.
XS
SM
MD
LG