Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:25

YAP səfirlikdəki görüşə qatılmayıb


Fevralın 24-də bir qrup müxalifət lideri ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi dəyirmi masada iştirak edib. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, görüşdə iştirak edən müxalifət liderləri mövcud ictimai-siyasi problemlərdən danışıblar:

- Problemləri qaldırdıq. Söylədik ki, biz niyə referendumun əleyhinəyik. Referendumdan sonra Azərbaycanı nə gözləməsi və səsverməyə çıxarılan maddələrin hüquqi aspektləri müzakirə mövzusu oldu.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) görüşə dəvətli olsa da, dəyirmi masaya qatılmayıb. YAP funksioneri Mübariz Qurbanlı mətbuata bildirib ki, o, Milli Məclisdə olduğundan görüşdə iştirak edə bilməyib.
XS
SM
MD
LG