Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:32

Bəxtiyar Vahabzadə dünyasını dəyişdi


Bütövlükdə Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunan və “Ulduzlar sönmür” adlanan bu “İz”də ünlü şairin dəfn mərasimindən səsli fraqmentlər, şeirlər və onun haqqında müxtəlif rəylər yer alır:

• “Nə qədər sadə və canayaxın görünsə də, o, adiliyəsığmaz adam olub”...
• “Ona, sadəcə, “böyük şair” demək hələ heç nə deməməkdir, çünki nədən-nədən, şairdən bol məmləkətik”...
• “Ona bir gələnəyin, bir yaşanmış tarixin parlaq salnaməçisi demək yenə heç nə deməməkdir –salnaməçilər hökmdarı başa çıxarır və xalqı, məmləkəti bəhanə edib, əslində həmin hökmdarı öyürlər”...

Veriliş boyu Bəxtiyar Vahabzadə haqqında iddia və həqiqətlər dilə gətirilir və səslənən sualları şairin yaxın dostu prof. Şirməmməd Hüseynov və tanınmış filoloq-alim prof. Kamil Vəli Nərimanoğlu cavablayır.

Bəlkə iddiadır, bəlkə həqiqətdir, amma Bəxtiyar Vahabzadə, özəlliklə 1950-ci illərin sonu və 60-70-ci illərdə Azərbaycanda alternativ sözün, alternativ düşüncənin davamlı daşıyıcısı və bəlkə də simvolu olub. Bu “İz”də “Kimdir Bəxtiyar Vahabzadə? Azərbaycan xalqı onun simasında kimi itirdi?” suallarına cavab cəhdi var.

Şair taxta çıxsa şeir gülləyə tutular! Bəlkə bu üzdən Bəxtiyar Vahabzadə hökmdar taxtından uzaq durdu və öz taxtını sadə insanların qəlbində qurdu! Və beləcə, onların dillər əzbərinə çevrildi... “Ulduzlar sönmür!” radiodastanında gerçəkdən xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılır.

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG