Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:20

Avropa Məhkəməsi online ərizə formasını sınaqdan keçirir


Avropa İnsan Hüquqları Məhkəməsi online ərizə forması hazırlayıb. İlkin olaraq online ərizə sistemi ancaq İsveç və Danimarka üçün mövcud olan ərizələrdən istifadə edən şəxslər üçün tətbiq ediləcək. Sınaq müddətinin sonunda eksperimentin nəticəsindən asılı olaraq ərizə forması Avropa Şurasının üzvü olan digər dövlətlərin rəsmi dillərində də hazırlana bilər.

Ərizə bir sıra üstünlüklərə malikdir. Belə ki, ərizəçi istədiyi halda ərizənin doldurulmasını saxlaya və istədiyi zaman yenidən ərizənin doldurulmasına davam edə bilər.

Ərizə tam olaraq hazır olduqdan sonra ərizəçi onu qeydiyyatdan keçirə bilər. Daha sonra avtomatik olaraq ərizəçiyə PDF formatında hazır ərizə göndəriləcək. Ərizəçi bu ərizəni çap etməli və imzalayaraq bütün əlavələrlə, qeyd edilən müddət ərzində Məhkəməyə göndərməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG