Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:26

«Korrupsiyanı sübut elə, o qədər də mükafat al»


«Əgər kimsə Milli QHT Forumunun katibliyində rüşvət və korrupsiya halları ilə bağlı məsələləri üzə çıxarıb sübut etsə, o şəxs həmin korrupsiyanın məbləği qədər mükafatlandırılacaq».

Bunu «Şəffaflıq» verilişində Milli QHT Forumunun katibi Fərasət Qurbanov deyib.

Onun sözlərinə görə, bəzi vasitəçilər peyda olub, onlar Milli QHT Forumu adından hansısa layihənin keçməsi üçün müəyyən faizlər səsləndiriblər:

«Biz səslənən bu fikirlərin hamısını təkzib edirik. Şura bütün vasitələrlə bu kimi hallara qarşı mübarizə aparır».

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə fərqli düşünür. O, hesab edir ki, qrant alan QHT-lərin əksəriyyətinin hesabatlarında yazdıqlarıyla gördükləri işlər arasında xeyli fərqlər var.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov isə hesab edir ki, böhran belə davam edərsə, layihələrə ayrılan maliyyə gələcəkdə azala bilər. Amma o, dövlətin özünün yaratdığı qurumları tam pulsuz qoyacağına o qədər də inanmır.

2008-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurası layihə təqdim edən 361 təşkilatdan 190-nına 1 milyon 200 min manat pul ayırıb.

2009-cu il üçün bu vəsait 2 milyon manatdan artıqdır. İndiyə qədər Şuranın elan etdiyi maliyyə yardımı müsabiqəsinə 566 QHT qrant layihəsi təqdim edib və layihələrin qəbulu hələ davam etməkdədir.

Verilişi sağdakı «Dinlə» düyməsini basmaqla dinləyə bilərsiniz

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG