Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:09

«Özünü yaxşı aparsa, Pənah Hüseynə maşın veriləcək»


İclasdan sonra Pənah Hüseyn jurnalistlərə deyib ki, dövlət xidməti maşın verərsə, onu qəbul edə bilər

İclasdan sonra Pənah Hüseyn jurnalistlərə deyib ki, dövlət xidməti maşın verərsə, onu qəbul edə bilər

Milli Məclisin fevralın 24-də keçirilən iclasında «Yol hərəkəti haqqında» qanuna əlavə və dəyişikliklər qəbul olunub.

Qanunun müzakirəsi zamanı millət vəkili Pənah Hüseyn məsələyə münasibətini bildirib. O, avtomobilinin olmamasına baxmayaraq, yol hərəkəti qaydalarında ciddi pozuntulara yol verildiyini bildirdi.

«Yol hərəkətində problemlər var, qaydalar pozulur. Hara gəldi sarı xətlər çəkilir. Bəzi hallarda sahibkarlardan onların obyektlərinin qarşısından həmin xətləri çəkməmək üçün rüşvət istəyirlər»-, deyə P.Hüseyn bildirib.

Sarı xətt avtomobilin dayanmasını qadağan edən işarədir.

Deputat rayonlara gedən yollarda da hərəkət nişanlarının düzgün tətbiq edilmədiyini deyib. O, qanunda bu məsələlərə diqqət yetirilməsinin vacib olduğunu söyləyib.

Daha sonra çıxış edən deputat Səyavuş Novruzov bildirdi ki, yol qaydalarını pozan sürücülərlə yanaşı piyadalar üçün də cərimələr tətbiq olunmalıdır.

«Hər şeyin günahını yalnız sürücülərin üzərinə qoymaq olmaz. O ki Pənah Hüseynin maşınının olmaması məsələsinə, əgər özünü yaxşı aparsa o da düzələr.
İclasdan sonra Pənah Hüseyn jurnalistlərə deyib ki, dövlət xidməti maşın verərsə, onu qəbul edə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG