Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:05

ABŞ səfirliyi referendumla bağlı toplantı keçirir


ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson
ABŞ-ın Azərbaycandakı səfirliyi 18 martda keçiriləcək referendumu və mövcud ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün dəyirmi masa keçirir.

Bu barədə «Azadlıq» radiosuna ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson məlumat verib. Onun sözlərinə görə, səfirlik belə görüşləri hər zaman təşkil edir, bu da onlardan biridir.

Dəyirmi masaya yalnız Azərbaycanda fəaliyyət göstərən partiya sədrləri və hökumət nümayəndələri dəvət olunub. Növbəti görüş isə QHT təmsilçiləriylə keçiriləcək.

Terri Devidsonun sözlərinə görə, səfirlikdə keçiriləcək tədbir jurnalistlər üçün qapalı olacaq.
XS
SM
MD
LG