Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Mənzil Məcəlləsi ictimai müzakirəyə çıxarılacaq


Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Mənzil Məcəlləsi haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Bundan sonra qanunun ictimai müzakirəyə çıxarılacağı gözlənilir. Qanun layihəsi müzakirə olunarkən parlamentin sədri Oqtay Əsədov məcəllənin ictimai müzakirəyə çıxarılmasını təklif eləmişdi.

Məcəllənin çox əhəmiyyətli olduğunu bildirən spiker vurğulayıb ki, bu ictimaiyyət üçün də maraqlı sənəddir. Buna görə də üçüncü oxunuşda onu qəbul etməzdən əvvəl ictimaiyyətin müzakirəsinə çıxarmaq lazımdır. Spiker bildirib ki, üçüncü oxunuş məhz ictimaiyyətin də verəcəyi təkliflərdən sonra olmalıdır. Həmin təkliflərə də əlavələr edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG