Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:51

Kəbə açarının satışı təxirə salındı


12-ci əsrə aid olduğu deyilən və Kəbənin ön qapısının açarı hesab olunan dəmir açarın satışı ləğv olunub. Səbəb isə onun qədimliyinə olan şübhədir.

Bu açar keçən il Londonda auksionda 13.3 milyon dollara satılıb. Bu da islam tarixi incəsənət nümunəsinə verilən rekord qiymət olub. Lakin Sosbey auksion evinin sözçüsü deyib ki, açarı satan şəxs açar üzərində sonrakı elmi araşdırma aparılması üçün satışı təxirə salıb.

Britaniya muzeyinin mütəxəssisləri və digər ekspertlər keçən ilki auksiondan sonra müəyyən ediblər ki, bu açar əslində 19-cu əsrə aid ola bilər və hətta daha son dövrləri əhatə edə bilər.




XS
SM
MD
LG