Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:22

Rusiyanın Qafqazdakı siyasəti tənqid olunub


Qafqazdakı sabitsizliyin əsas səbəbi Rusiyanın buradakı siyasətdidr. Danimarkada keçirilən “Azad Qafqaz” cəmiyyətinin konfransının qətnaməsində belə deyilir.

Konfrans 1944-cü ildə çeçen və inquş xalqlarının deportasiyasının ildönümünə həsr olunub.

Danimarkada yaşayan qafqaz millətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən bu konfransa Azərbaycan diasporasının üzvləri də qatılıb.

Toplantının yekun sənədində deyilir ki, regionun sakinləri özlərini çeçen, azərbaycanlı, gürcü və ya müsəlman, xristian saymazdan əvvəl ilk növbədə qafqazlı olmalarını hiss etməlidirlər.

Bu sənəddə həmçinin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün tanınmasının zəruriliyi qeyd olunur.

Konfransın gedişində Qarabağ haqqında film nümayiş etdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG