Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:57

Media Hüquqları İnstitutu qanun layihəsinin ictimai müzakirəsini istəyir


«Prezidentin Milli Məclisə göndərdiyi «Kütləvi informasiya vasitələri» və «Televiziya və radio yayımı» haqqında qanunlara əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ictimai müzakirəyə verilməlidir».

Bu bəyanatla Media Hüquqları İnstitutu çıxış edib. Bəyanat müəllifləri müvafiq komissiyaların layihəni ictimai müzakirəyə çıxarmadan parlamentə qəbul olunması üçün tövsiyə etməsindən narahatdırlar:

«Məlumatlardan aydın olur ki, bu dəyişikliklər medianın azad və effektiv işləməsinə təsir göstərə biləcək çox mühüm məsələləri əhatə edir. Media Hüququ İnstitutu belə mühüm dəyişikliklər nəzərdə tutan təkliflərin media ictimaiyyəti, ifadə azadlığı sahəsində çalışan qurumlar və ekspertlərlə hər hansı müzakirələr aparmadan, tələm-tələsik, gizli və qeyri-şəffaf qəbul edilməsinə təəssüf edir».

Media Hüququ İnstitutu hesab edir ki, parlamentdə baxışda olan layihənin ictimai müzakirələrinin aparılması hələ də gec deyil. Bəyanat müəllifləri Milli Məclisi bu layihənin tam mətnini açıqlamağa və təklif olunan dəyişikliklərin vətəndaş cəmiyyəti qurumları, media ekspertləri ilə birgə müzakirəsini təşkil etməyə çağırır.

Prezidentin bu qanunlara təklif etdiyi dəyişiklik və əlavələrdən bəlli olanı elektron KİV-ə lisenziya verilməsiylə bağlıdır. Belə ki, elektron KİV-lərə verilmiş lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və onun qüvvəsinə xitam verilməsi məsələlərini əhatə edir. Belə ki, hazırda qüvvədə olan qanuna görə, lisenziyanın şərtlərini pozan televiziya və radioların fəaliyyəti məhkəmənin qərarı ilə 1 gündən 7 günə qədər müvəqqəti dayandırıla bilər. Yeni variantda isə göstərilir ki, xüsusi razılığın şərtləri pozulduqda lisenziyanın müddəti 1 ay müddətinə dayandırılır. Bu barədə qərarı müvafiq dövlət qurumu qəbul edir. Yayımçı bundan narazı qalarsa, məhkəməyə müraciət edir.

Təklif olunan digər dəyişikliyə görə, lisenziya, yayımçı müvafiq dövlət orqanı tərəfindən 1 il ərzində ən azı 3 dəfə sanksiyaya məruz qaldıqda da müvəqqəti dayandırıla bilər.
XS
SM
MD
LG