Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:02

Amnesty International İsraillə fələstini müharibə cinayətlərində ittiham edib


Amnesty International həm İsraili, həm də Fələstinin Həmas qrupunu ilin əvvəlində baş verən hərbi toqquşmalar zamanı müharibə cinayətləri törətməkdə ittiham edib.

Londonda yerləşən beynəlxalq insan hüquqlarını müdafiə təşkilatı bildirib ki, hər iki tərəf mülki şəxslərə ağır silahlarla hücum edib. Amnesty International fevralın 23-də yayılan hesabatında BMT Təhlükəsizlik Şurasını hər iki tərəfə qarşı silah embarqosu tətbiq etməyə çağırıb.

Təşkilat İsraili ABŞ-dan aldığı ağ fosfor bombalardan qanunsuz istifadə etməkdə, Həması isə İstrailə raket hücumlarında ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG