Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:40

Tərcümeyi-hal


Uğurlu Fəxri (Əliyev Fəxri Ağa oğlu) 1968-ci ildə Bakıda doğulub. 1986-cı ildə orta məktəbi bitirib, elə həmin il Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. 1987-89-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə universiteti bitirib.
1986-cı ildən mətbuatda bədii yazılarla çıxış edir. Hələ tələbə ikən üç kitabı – «Tək ağac» (1992), «Diləklərin azması» (1993), «Oğuznamələr» (prof. Kamil Vəliyevlə birlikdə - 1993) işıq üzü görüb. Sonralar daha iki kitabı – «Üç kəndin bir dərdi» (Şəhidlər haqqında - 1995) və «Uşaqların mahnısı» (1999) çap olunub.

1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1992-ci ildən müxtəlif mətbu orqanlarda, o cümlədən «Yol», «525-ci qəzet», «Müxalifət» qəzetlərində çalışıb, «Rezonans», «İntibah» qəzetlərinin baş redaktoru olub, 2000-ci ildən isə «Avropa» qəzetinin təsisçisi və baş redaktorudur.

Uğurlu Fəxrinin «Tanrı dağları» silsiləsindən yeni hekayələrini aşağıdakı linklərin vasitəsilə oxuya bilərsiz.
XS
SM
MD
LG