Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Azərbaycan Bakı-Rəşt dəmiryolu layihəsini dəstəkləyir


«Bakı-Rəşt dəmiryolunun çəkilməsi ilə bağlı İranla danışıqlar davam edir». Bunu deyən Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanın bu layihəni dəstəklədiyini bildirib. O, dəmiryolu ilə bağlı ölkə ərazisində lazımi işlərin görüldüyünü deyib.

Layihənin maliyyələşməsinə gəldikdə isə nazir vurğulayıb ki, imkan yarananda Azərbaycan hökuməti bunu daxili vəsaitləri hesabına edə bilər.

Z.Məmmədov Bakı-Rəşt dəmiryolunun çəkilməsinə beynəlxalq kreditlərin də cəlb olunmasını istisna etməyib.
XS
SM
MD
LG