Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:52

«Xarabalıqdan olan milyonçu» ən yaxşı film oldu


Film namizəd göstərildiyi 9 nominasiyadan 8-də «Oskar» qazanıb

Film namizəd göstərildiyi 9 nominasiyadan 8-də «Oskar» qazanıb

Fevralın 22-də Los Ancelesdə kino sahəsinin ən mötəbər mükafat olan «Oskar»ın təqdimetmə mərasimi keçirilib. 81-ci təqdimetmə mərasimi «Kodak» kinoteatrında keçirilib. Ən yaxşı film nominasiyasında mükafatı rejissor Denni Boylun «Xarabalıqdan olan milyonçu» ("Slumdog Millionaire") filmi qazanıb. Film namizəd göstərildiyi 9 nominasiyadan 8-də «Oskar» qazanıb. Film ən yaxşı rejissor işi, ən yaxşı səs, ən yaxşı qurğu, ən yaxşı film musiqisi, ən yaxşı orijinal mahnı nominasiyalarında qalib gəlib.

Ən yaxşı kişi roluna görə, mükafatı «Süd» (Milk) filmindəki roluna görə aktyor Şon Penn, «Oxucu» (The Reader) filmində ən yaxşı qadın roluna görə, aktrisa Keyt Uinslet alıb. Bu, Ş.Penin ikinci «Oskar»ıdır. K.Uinslet isə bu vaxtadək altı dəfə namizəd göstərilsə də, mükafat ala bilməmişdi.

İkinci planda ən yaxşı kişi roluna görə, 2008-ci ildə vəfat edən Hit Lecer, qadın roluna görə isə Penolopa Kruz (Vicky Cristina Barcelona) qiymətli heykələ layiq görülüb. Qeyd edək ki, Lecerin mükafatı onun ailəsinə təqdim edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG