Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:16

Məhəmməd Xatəmini təbliğ edən sayt bağlanıb


İranda Məhəmməd Xatəminin prezidentliyə namizədliyini dəstəkləyən internet sayt bağlanıb.

Dövlət mətbuatı İranın internet saytlarının monitorinqini keçirən komitəyə istinadla bildirir ki, sayt «milli biliyi pozur». Komitə eyni zamanda bildirib ki, internet səhifəsi onlarda rəsmən qeydiyyatdan keçməyib və ona görə də «tanınmır».

İranın 1997-2005-ci illərdə prezidenti olmuş Məhəmməd Xatəmi bu günlərdə yenidən prezidentlik uğrunda mübarizə aparacağını bildirib.

İyunun 12-də keçiriləcək seçkilərdə Xatəminin indiki prezident Mahmud Əhmədinijadın əsas rəqibi olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG