Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:22

Misirdə partlayışda 20 nəfər ölüb


Qahirədə baş verən partlayışda azı 20 nəfər ölüb, onların arasında fransız yeniyetmə də var. Polis deyib ki, partlayıcı 14-cü əsrdə tikilmiş Xan el-Xəlili bazarının yaxınlığında skamyanın altında yerləşdirilibmiş.

Misirin dövlət agentliyi MENA xəbər verir ki, təhlükəsizlik qüvvələri ikinci partlayışı zərərsizləşdiriblər.
İki şübhəlinin saxlandığı bildirilir.
Analitiklər hesab edirlər ki, partlayış İsrailin Qəzzaya hücumu ilə əlaqədar Misirin kəskin mövqe bildirməməsi ilə bağlı ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG