Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:32

Bank maşınından 1 milyon dollar oğurladılar


Rusiyanın Tula vilayətində inkassator maşınından 40 milyon rubldan çox (1 milyon dollardan artıq) pul oğurlayıblar. Hadisə “Don” federal magistralında fevralın 21-də axşam baş verib.

Kommersiya bankının maşınını bir neçə naməlum şəxs saxlayıb, onlardan iksi yol-patrul xidməti əməkdaşlarının geyimində olub. Onlar inkassatorlara silahla hədə-qorxu gələrək pulları götürüb və aradan çıxıblar.

Axtarışlar təkcə Tulada yox, həm də Moskva, Orlov, Kaluqa, Lipetsk və Ryazan vilayətlərində aparılır.
XS
SM
MD
LG