Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:55

Belarus insan haqlarını pozmaqda davam edir


Belarusun hakim dairələri insan haqları və mətbuat azadlığını pozmaqda davam edir.

Belarusda səfərdə olan Avropa Parlamenti nümayəndə heyətinin yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunur ki, bu yaxınlarda ölkədə siyasi məhbusların azad edilməsi kimi müsbət dəyişikliyə baxmayaraq, demokrat fəallar və müstəqil kütləvi informasiya vasitələrinə qarşı siyasi təzyiqlər hələ də davam edir.

Nümayəndə heyətinin hazırladığı hesabat Avropa Parlamentinə təqdim olunacaq.

Gələn ay Avropa Parlamentinin iclasında Belarusdakı vəziyyətlə bağlı qətnamə müzakirə edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG