Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:15

Mədəndəki partlayışda ölənlərin sayı 73-ə çatıb


Təkcə ötən il ərzində Çinin kömür mədənlərində baş vermiş partlayışlar nəticəsində 3200 adam ölüb

Təkcə ötən il ərzində Çinin kömür mədənlərində baş vermiş partlayışlar nəticəsində 3200 adam ölüb

Çinin kömür mədənlərinin birində baş verən partlayış nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Qərb agentliklərinin Çinin yerli KİV-ə istinadən yaydığı məlumata görə, 113 mədən işçisi xəstəxanaya yerləşdirilib, onlardan 21-nin vəziyyəti ağırdır. Onlarla işçi isə hələ də dağıntılar altındadır.

Ölkənin Şansi əyalətindəki mədəndə baş verən partlayış zamanı orada 400-dən çox mədən işçisinin olduğu deyilir.

2007-ci ilin dekabrında da Şansi əyalətindəki mədəndə partlayış olmuşdu, 105 nəfər ölmüşdü. Budəfəki partlayışda daha çox itkinin olacağı gözlənilir.

Təkcə ötən il ərzində Çinin kömür mədənlərində baş vermiş partlayışlar nəticəsində 3200 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG