Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:21

Berlində qlobal iqtisadi böhrandan çıxış yolları müzakirə olunur


Avropa ölkələrinin liderləri bu gün Berlində qlobal maliyyə böhranından çıxış yollarını müzakirə edirlər.

Almaniyanın kansleri Angela Merkel uzunmüddətli iqtisadi islahatlarla bağlı razılığa gələcəklərinə ümidlə yanaşdığını deyib.

Ötən həftə Almaniya bazarlarında səhmlər yenidən düşməyə başlayıb, ən çox ziyan dəymiş bankların milliləşdiriləcəyi barədə məlumatlar peyda olub.

Şənbə günü isə İrlandiyanın paytaxtı Dublində 100 minə yaxın adam dövlət sektorunda maaşların azaldılmasına etiraz olaraq nümayişə çıxıb.

Berlin görüşündə məqsəd 20 ölkənin iştirakıyla aprelin 2-də Londonda keçiriləcək sammitə hazırlıq görmək-mümkün tədbirləri razılaşdırmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG